İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni qəbul edib.
ONN media xəbər verir ki, dövlət başçısı bu ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşünü məmnunluqla xatırlayıb, həmin görüş zamanı Azərbaycan-İraq əlaqələrinə dair geniş fikir mübadiləsinin aparıldığını qeyd edib.
Fuad Hüsseyn İraqın Prezidenti Əbdüllətif Camal Rəşidin və Baş naziri Şiya əs-Sudaninin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İraqın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
İraqın Baş nazirinin müavini, xarici işlər naziri ölkələrimiz və xalqlarımız arasında tarixi əlaqələrin olduğunu vurğulayıb.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, OPEC+ formatı çərçivəsində uğurla əməkdaşlıq etdikləri bildirilib.
Fuad Hüsseyn İraqın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini daim dəstəklədiyini bildirib, ölkəmizin Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə münasibətlərimizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri, o cümlədən enerji və turizm sahələrində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə turizm sahəsində əlaqələrin COVID-19-dan əvvəlki dövrdəki uğurlu dinamikaya uyğun olaraq genişləndirilməsi, İraqın və Azərbaycanın müxtəlif şəhərləri arasında birbaşa hava reyslərinin açılması, sərmayələr, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin rəsmi və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.



İraq prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyev Bərzani ilə təkbətək görüşdü
Azərbaycan və İraq arasında sənədlər imzalandı
İraq prezidenti Bakıya gəldi
İlham Əliyev Overçuku qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev Rəşid Meredovu qəbul edib
İlham Əliyev Serbiya Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
İlham Əliyev türkiyəli naziri qəbul edib
Prezident Gürcüstanın XİN başçısını qəbul etdi
İlham Əliyev Türkiyənin əmək və sosial müdafiə nazirini qəbul etdi
Prezident Nigeriyanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident İranın Xarici İşlər nazirini qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 