İyulun 18-i saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
ONN media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı: Astarada 54 mm, Biləsuvarda 39 mm, Balakəndə 36 mm, Lənkəranda 34 mm, Yardımlıda 28 mm, Neftçalada 24 mm, Lerikdə 22 mm, Sabirabadda 18 mm, Qax 17 mm, Göytəpə, Şəkidə 15 mm, Şahdağ, Oğuzda 9 mm, Qrız, Beyləqan, Qəbələ, İmişli, İsmayıllı, Qobustan, Şamaxı, Xaltan, Şahbuz, Ordubad, Naftalan, Altıağac, Quba, Tərtər, Göyçay, Zərdabda 6 mm-dək olub. Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.
Duman: Şamaxı, Qrız, Lerik, Şahdağda duman müşahidə olunub.
Külək: İyulun 17-də cənub-şərq küləyi arabir Gəncədə 20 m/s, Naftalan, Zaqatalada 18 m/s-dək güclənib.
Havanın maksimal temperaturu: İyulun 17-sı Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, aran rayonlarında 30 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.
İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.



Leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
Azərbaycana 17 sm qar yağdı
Bu ərazilərimizə qar yağdı
Faktiki hava açıqlandı
Yağıntılı hava nə vaxta kimi davam edəcək?
Faktiki hava açıqlandı
Bu ərazilərimizə qar yağdı
Faktiki hava açıqlandı
Bu ərazimizə qar yağdı
Daşkəsəndə sel oldu - FAKTİKİ HAVA
Faktiki hava açıqlandı
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 