11 aylıq Aynur Əfqan qızı Məstənzadə evdə qəfil halı pisləşərək ölüb.Axar.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib.Valideynləri uşağın istidən öldüyünü deyib. Belə ki, anası uşağı yatızdırarkən yorğan-döşəyə bükürmüş.Lakin ölümün dəqiq səbəbləri hələ məlum deyil. Bu ekspertizanın yekun rəyindən sonra məlum olacaq.Faktla bağlı araşdırma aparılır.