Tanınmış geomorfoloq alim, Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Geomorfologiya və təbii risklər şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Rəfael Abdullayev vəfat edib.
ONN media xəbər verir ki, bu barədə institutdan məlumat verilib.Qeyd edək ki, Rəfael Seyfəl oğlu Abdullayev 1949-cu il-də Qax rayonunun İlisu kəndində anadan olub. 1968-ci ildə Bakı Politexniki Texnikumunu "Sənaye və mülki tikinti" ixtisası üzrə bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinə qəbul olub və 1974-cü ildə oranı müvəffəqiyyətlə bitirib.
1974-1975-ci illərdə Uzaq Şərqdə qiymətli metalların səpinti yataqlarında təcrübə mübadiləsi keçib və hərbi xidmətdə olub.
1984-cü ildə aspiranturanın qiyabi şöbəsinə daxil olub, 1988-ci ildə "Kiçik Qafqazın çay dərələrinin inkişaf tarixi və formalaşma xüsusiyyətləri" mövzusunda dissertasiya işini müdafiə edərək geomorfologiya və təkamül coğrafiyası ixtisası üzrə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
1968-ci ildən etibarən Coğrafiya İnstitutunun "Geomorfologiya" şöbəsində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən başlayaraq Geomorfologiya və təbii risklər şöbəsinə rəhbərlik edib.
Çoxsaylı elmi hesabatların, müxtəlif məzmunlu xəritələrin, eləcə də Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 60-dan artıq məqalənin müəllifidir. Onun mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edən elmi nəticələri müxtəlif xəritələrdə, məqalələrdə və kitablarda öz əksini tapib.
Coğrafiya İnstitutunun Elmi Şurasının üzvü olub. Fəal elmi fəaliyyəti ilə Azərbaycan geomorfologiya elminin inkişafına vicdanla xidmət edib. Çöl-ekspedisiya tədqiqat işlərinin təşkilatçısı və rəhbəri olub.Allah rəhmət eləsin!



BDU-nun rektoru həyatını itirdi
Tanınmış iqtisadçı alim İsa Alıyev vəfat edib
BDU-nun professoru vəfat edib
Lənkəran Dövlət Universitetinin əməkdaşı vəfat edib
Prezident Ramiz Məmmədovun vəfatı ilə əlaqədar nekroloq imzaladı
Aydın Abiyev vəfat etdi
2 fevral Həsən Əliyevin vəfat etdiyi gündür
2 FEVRAL HƏSƏN ƏLİYEVİN VƏFAT ETDİYİ GÜNDÜR
Tanınmış şair vəfat etdi
15 dekabr Həsən Əliyevin doğum günüdür
Azərbaycanlı kimyaçı alim vəfat etdi
Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 