Yay mövsümündə havaların kəskin isti keçməsi, şəhərin küçə və prospektlərində, park və istirahət bağlarında səliqə-səhman və təmizliyin qorunaraq lazımi səviyyədə saxlanılması, yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti daxili iməclik keçirilib.
ONN media xəbər verir ki, bu barədə BŞİH-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən iməclikdə kommunal xidmətlər tərəfindən prospekt və küçələrin, səki kənarlarının və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların təbiətə ziyanı olmayan vasitələrlə yuyulması həyata keçirilib və əlavə təmizlik işləri görülüb.
Həmçinin yol kənarlarında yerləşən ictimai iaşə, ticarət və digər obyektlərin vitrinləri, köşklər yuyulub, ətrafı təmizlənib.Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları ağac və yaşıllıqlara qulluq göstərilməsini həyata keçirib, həmişəyaşıl ağaclar yuyulub, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib.
Paytaxtın sanitar təmizliyinin lazımi səviyyədə saxlanılması üçün tələb olunan bütün tədbirlər davam etdiriləcək.



Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
Paytaxtda növbəti dəfə iməclik keçirilib
Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib
Bakıda sanitar günü keçirildi
Bu gün Bakıda 546 küçə dezinfeksiya edildi
Bu gün Bakının 549 küçəsi yuyuldu
Bakıda ilk qardan sonra geniş təmizlik aparıldı
Bakı Novruz bayramına hazırlaşır
Bu gün Bakının 550 küçəsi yuyuldu
Bakı Şəhər İcra Hakimiyyətindən vətəndaşlara MÜRACİƏT: iyulun 31-də...
Bu gün Bakıda 550 küçə dezinfeksiya edildi
İcra Hakimiyyəti Bakı sakinlərinə MÜRACİƏT ETDİ: sabah...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 