Universitetlərdə kampus yaradılması, paytaxtdan kənara köçürülməsi məsələləri tez-tez gündəmə gələn mövzulardandır. Bir zaman bunun üzərində iş aparıldığı, layihələr hazırlandığı vurğulanır.
ONN media xəbər verir ki, bəs kampuslara ehtiyac nə dərəcədədir və bununla universitetlərin köçürülməsi baş verə bilərmi? Ümumiyyətlə, kampusun yaradılmasına nə mane olur ki, illərdir bu layihə sadəcə sözdə qalıb?
Məsələ ilə bağlı “Trend”in suallarını cavablayan təhsil eksperti Elçin Süleymanov qeyd edib ki, universitetlərdə kampus sisteminin tətbiqi sahib olduğu maddi texniki baza ilə əlaqəlidir.
“Çünki kampus sistemi universitetin bütün binalarının, eyni zamanda yataqxana, texnoparkın və digər binaların hər birinin bir ərazidə olmasıdır. Bizim aparıcı universitetlər isə Bakıda yerləşir və kampus üçün yetəri qədər əraziyə sahib deyillər. Düzdür, bəzi universitetlər kampus sistemi tətbiq edə bilər.
Çünki kompakt bir əraziyə sahibdir. Kampus sistemi üçün şəhərdənkənar ərazi daha məqsədəuyğun olar. Bu sistemlə tələbələr səs-küydən uzaq bir mühitdə sadəcə təhsilə fokuslanır”, - deyə o bildirib.
Universitetlərin köçürülməsi məsələsinə toxunan ekspert bunun mürəkkəb proses olduğunu bildirib.
“Universitetlərin köçürülməsi isə uzun və mürəkkəb prosesdir. Bəzi universitetlərin də regionlarda, Bakıdan kənar olması daha məqsədəuyğundur. Universitetin müəyyən regionda olması oranın inkişafına təkan verir.
Təbii ki, regionlara görə müxtəlif universitetlər qurula bilər. Amma mövcud universitetlərin köçürülməsindənsə, regionda böyük universitetlərin qurulmasını tövsiyə edərəm”, - deyə o əlavə edib.



Qarabağda smart və rəqəmsal universitetlər?
Bu universitetlər Bakıdan köçürülə bilər
Tələbələr universiteti rahat dəyişə bilməlidir - Ekspert
Universitetlər bu tarixdə açılacaq – Azərbaycanda
Azərbaycan təhsilində şok:70 UNİVERSİTET LƏĞV OLUNUR?
Qanun niyə ləğv olundu?-Universitetlərdə pullu hazırlıq kursları açılmadı
Sentyabrda məktəblər açılacaq? - RƏSMİ
Tələbələrin NƏZƏRİNƏ- Bundan sonra...
Məktəblərdə dərslər tam dayanacaq? - RƏSMİ CAVAB/VİDEO
Quql Azərbaycanda populyarlığını qoruyur
Azərbaycana 40 min pakistanlı gəldi - RƏSMİ
Türkiyədə universitetlərdə ənənəvi təhsil bərpa olunur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 