Ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həllində vacib amillərdən biri ola bilər.
Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan universitetlərin köçürülməsinə münasibət bildirərkən deyib.
“Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi, ya da valideynlərin övladlarını maşınla gətirməsi şəhərdə sıxlığı artırır. Ona görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetdir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməi daha effektiv olar. Bu Bakıətrafı ərazilərin də inkişafına təkan verər. Şəraiti olmayan ali təhsil ocaqlarının da şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı”, - Kamran Əsədov bildirib.
Ekspertin sözlərinə görə, Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var:
“Tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub”



Universitetlərdə kampus yaradılacaq?
Tələbələr universiteti rahat dəyişə bilməlidir - Ekspert
Universitetlər bu tarixdə açılacaq – Azərbaycanda
Qarabağda smart və rəqəmsal universitetlər?
Universitetlərə qəbul üzrə orta ballar açıqlandı - SİYAHI
Ali məktəblərdə mühazirələr onlayn keçirilə bilər
Ali məktəbə qəbulda yeniliklər olacaq
Sentyabrda məktəblər açılacaq? - RƏSMİ
Bu universitetlərin prorektorları dəyişdirildi - Siyahı
Diplomu tanınmayan universitetlərin siyahısı AÇIQLANACAQ
Tələbələrin köçürülməsinə başlanılır
Tələbələrin köçürülməsinə başlanıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 