Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Biləsuvar, Bakı-Qazax, Bakı-Ağcabədi, Bakı-Lənkəran, Bakı-Quba, Bakı-Qusar, Bakı-Qusar (SDK), Bakı-Xaçmaz, Bakı-Nabran, Bakı-Xudat, Bakı-Şabran, Bakı-Oğuz, Bakı-Göyçay şəhərlərarası, Mingəçevir 5 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutlarını, eləcə də “Ceyranbatan qəsəbəsi-“Xocəsən” metro stansiyası-Ceyranbatan qəsəbəsi” və “Masazır qəsəbəsi-“Xocəsən” metro stansiyası-Masazır qəsəbəsi” marşrut xətlərini müsabiqəyə çıxararaq qalibləri müəyyən edib.
ONN media xəbər verir ki, bu barədə AYNA-dan bildirilib.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunub.Müsabiqənin qalibi olan 21 fiziki və 8 hüquqi şəxsin hər biri ilə daşıyıcı qismində sərnişindaşıma fəaliyyətinin göstərilməsi üçün qanunamüvafiq qaydada müqavilə imzalanıb və onlara hazır sənədləri “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşları təqdim edib.
“Bakı KOB evi”ndə daha bir məntəqə – Gəncə Beynəlxalq Avtovağzal Kompleksinə 1-ci kateqoriyalı avtovağzal pasportu verilib. Bununla da 33 avtovağzal və 15 avtostansiya olmaqla ölkə üzrə pasportlaşdırılan məntəqələrin sayı 48-ə çatdırılıb.AYNA avtovağzal və avtostansiyalar olmayan regionlarda da məntəqələrin yaradılmasını və pasportlaşdırılmasını planlaşdırır.



Bu metro istiqamətində yeni avtobus marşrutları...
Horadizdən Ağalıya müntəzəm avtobus marşrutu açılacaq
Marşrut xətləri müsabiqəyə çıxarıldı - ŞƏRTLƏR NƏLƏRDİR?
Azərbaycanda bu yol ödənişli olacaq- Qərar
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Metro və avtobuslarda qiymətlər bahalaşdı
Bakıdan Gəncəyə gedənlərə şad xəbər!
Yeni metro stansiyası necə adlandırılacaq?
Bu sürücülər CƏZALANDIRILACAQ
Sulutəpədən Pirəkəşkülə yeni marşrut xətti açıldı
Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Bakıda 7 marşrut xətti müsabiqəyə çıxarılıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 