Taxoqraf cihazı ilə təmin olunmayan və taxoqrafla bağlı qaydaları kobud şəkildə pozan daşıyıcılar və sürücülər məsuliyyətə cəlb ediləcək
ONN media xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na 7 nömrəli əlavə – “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”yə əlavə edib. Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.
Əlavəyə görə, beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımalarını həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələri taxoqrafla təchiz edilməlidir. Beynəlxalq yük daşımalarını, həmçinin ölkədaxili şəhərlərarası və rayonlararası yük daşımalarını təşkil edən daşıyıcılar və yerinə yetirən sürücülər müvafiq daşımaların taxoqraf olmadan, habelə taxoqrafın yoxlanması haqqında şəhadətnamə və ya müvafiq möhür olmadan, yaxud yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş, tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla, taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyacaqlar.



Marşrut xətləri müsabiqəyə çıxarıldı - ŞƏRTLƏR NƏLƏRDİR?
Sərnişin və yük daşımaları ilə bağlı QƏRARLAR DƏYİŞDİ
Əli Əsədov dizellə bağlı MÜHÜM QƏRAR İMZALADI
Horadizdən Ağalıya müntəzəm avtobus marşrutu açılacaq
Yük maşını sürənlər MÜTLƏQ OXUYUN
Azərbaycanda 16 marşrut xəttinin sahibi dəyişdi
Əli Əsədov yeni qərar imzaladı
Əli Əsədov qərar imzaladı
Taksi sürücülərinin nəzərinə: 35 manat oldu
Sürücülərə yeni cərimə tətbiq olunur
Sərnişin daşıyıcılarına subsidiya belə veriləcək
Metro və avtobuslarda qiymətlər bahalaşdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 