Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov SOCAR prezidenti Rövşən Nəcəfovun iqtisadi məsələlər üzrə müşaviri təyin edilib.
ONN media Report-a istinadən xəbər verir ki, Süleyman Qasımov həmçinin “Petkim”in İdarə Heyətinin sədri, SOCAR Türkiyə və SOCAR Ukrayna İdarə heyətinin üzvü olaraq da fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Süleyman Qasımov 2006-cı ildən Azərbaycan Dövlət Neft Şirkətinin iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb.
Ötən il Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “Petkim Petrokimya Holding AŞ”nin (“Petkim”) İdarə Heyətində edilən dəyişikliyə əsasən, Süleyman Qasımov “Petkim” İdarə Heyətinə rəhbərlik edir.
O, bu vəzifədə sabiq SOCAR prezidenti, hazırda iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevi əvəz edir.



SOCAR-ın 3 keçmiş vitse-prezidentinə vəzifə verildi
SOCAR neft-kimya kompleksinin idarə heyətində dəyişiklik olub
“SOCAR Türkiye”də yeni təyinat oldu
"SOCAR Türkiyə"nin investisiya xərcləri 16 milyardı ötdü
SOCAR-a yeni prezident təyin olundu
Prezident SOCAR-ın beş vitse-prezidentini işdən çıxardı
SOCAR prezidenti Ukraynanın Milli İnvestisiya Şurasına üzv seçildi
SOCAR-da mühüm yeni TƏYİNAT
Lirənin məzənnəsinin dəyişkənliyi SOCAR-ın Türkiyə aktivlərinə təsir göstərəcəkmi?
Rövnəq Abdullayev Vladimir Zelenski ilə görüşdü
SOCAR “Fənərbağça” ilə bağlı sponsorluq iddialarına — CAVAB
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 