Hazırda həbsdə olan Ermənistanın keçmiş müdafiə naziri Davod Tonoyan 44 günlük müharibəni araşdıran istintaq komissiyasının iclasında iştirak edib.
ONN media Publika.az-a istinadən xəbər verir ki, Tonoyan müharibə vaxtı baş verənlərlə bağlı müəyyən detalları açıqlayıb.
Əsas diqqətçəkən məqamlardan biri Tonoyanın 2020-ci ilin 21-29 oktyabr tarixində Mehriyə gəlməsinin səbəbləridir.Tonoyan bildirib ki, həmin vaxt Ermənistan sərhədindən 2-3 kilometr aralında (Zəngilan istiqamətində) xeyli yaralı var idi:
“Cənub bölgəsində xüsusi komandanlıq yaradılırdı. Müdafiə naziri kimi Mehridə görünməyim həm əhalini, həm hərbçiləri ruhlandırırdı. Mənim başqa bir funksiyam da var idi. Rusiya sərhəd qoşunları ilə əməkdaşlıq etmək. Rusiya sərhəd qoşunlarının bölməsi birbaşa döyüş əməliyyatının aparılması üçün strateji ərazidə yerləşirdi. Yerli vəziyyəti qiymətləndirəndən sonra baş nazir məni geri çağırdı”.
Tonoyanın bu açıqlaması Ermənistanın müharibə vaxtı Rusiya qoşunlarını Azərbaycana qarşı müharibəyə cəlb etmək niyyətinin etiraf edilməsidir. Müharibənin gedişi zamanı rəsmi İrəvanın belə niyyətləri haqda məlumatlar yayılırdı. Xüsusilə müharibənin sonlarına yaxın məğlubiyyətin qaçılmaz olduğunu anlayanda rus hərbçilərini prosesə daxil etməyə, bununla Rusiyanı Azərbaycana qarşı qoymağa çalışırdılar.
Məlumatlara görə, Ermənistanın planı rus sərhədçilərinin Zəngilana müdaxilə etməsi və Azərbaycan ordusunun qarşısını almasına nail olmaq idi. Lakin Moskva bu təxribata getmədi.



Həbs edilmiş Tonoyanın müraciəti rədd edildi
David Tonoyan: “Rusiya müharibə dövründə bizə maksimum yardım etdi”
Tonoyan Qarabağa gəldi
David Tonoyan HƏBS EDİLDİ
Ermənistanın müdafiə naziri ölkədən qaçdı
Tonoyan: "Sensasion açıqlamalar verəcəyəm"
Ermənistanın müdafiə naziri — “Elşən Xəlilovun ölüm əmrini şəxsən vermişdim”
Tonoyan Ermənistandan qaçdı və...
Ermənistan QORXU İÇİNDƏ - Tonoyan Zakir Həsənovu İrəvanda qarşılayacaq - VİDEO
Ermənistanın yeni müdafiə naziri məlum oldu
David Tonoyan İSTEFA VERDİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 