Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı Murad İsmayılla birlikdə "Başabaş" adlı filmdə baş rollarda çəkiliblər.
ONN media xəbər verir ki, "A Class Production" istehsalçı şirkətin təşkilatçılığı ilə lentə alınan ekran işinin rejissorluğunu Kənan Zeynalov həyata keçirib. Filmin ssenarisi də rejissora aiddir.
Film nədən danışır?
Dəniz, evli olan məşhur iş adamı Pünhan Ağayevin gənc sevgilisi ilə əl-ələ fotolarını öz maqazin səhifəsində yayımlayır. Xəbər şəhərə yayılan kimi Pünhan, Dənizi öz restoranına - görüşə çağırır. Dəniz söhbəti nə qədər yumşaltmağa çalışsa da, bu görüş getdikcə gərginləşir. Əsas hadisələr də bundan sonra cərəyan edir.
"Başabaş" “Metaflix” platformasında nümayiş olunur. Azərbaycanda film və serial sahəsində fəaliyyət göstərəcək “Metaflix” adlı müasir standartlara uyğun yeni internet platformasıdır. Bir neçə ildir ki, üzərində işlənilən bu layihə yerli və xarici istehsalın məhsulu olan filmləri nümayiş etdirməklə yanaşı, həm də platformanın təşkilatçılığı ilə istehsal olunacaq audiovizual məhsullar təqdim edir.
Qeyd edək ki, aktrisa Ülviyyə Xəlilbəyli ilə Murad İsmayıl "Vicdan haqqı" serialında tanış olublar. Onların bu nikahından iki oğulları var. Xatırladaq ki, ötən il cütlüyün boşandığı iddia edilirdi. Cütlük bu xəbərlərlə bağlı danışmağı sevməsə də, daha sonra aktrisa verdiyi müsahibələrin birində aralarındakı problemləri həll etdiklərini bildirmişdi.



75 illik mübarizə filmdə davam edəcək
Kənan M.M yeni layihə ilə ekranlara gəlir
Məşhur serialla bağlı qərar dəyişdirildi
“Netflix” abunəçilərinə SEVİNDİRİCİ XƏBƏR
Ruslar Ceki Çan və Şvartseneggeri məhkəməyə verir - SƏBƏBİ İSƏ...
Azərbaycanlı aktyorlar türk serialında
“Netflix” ilk dəfə Azərbaycanda film çəkdi - YAYIM TARİXİ AÇIQLANDI
Azərbaycanlı aktrisa Türkiyədə yeni filmə çəkilir
AzTV REYTİNQLİ TÜRK SERİALI yayımlayacaq
Hande Erçel karyerasını bitirir?- ŞOK QƏRAR
Natavan Həbibi “Çətin”lə qayıtdı - VİDEO
Şəhid generalın xatirəsinə FİLM ÇƏKİLİR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 