Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının bölmə rəisi polkovnik-leytenant İslam Məmmədov və Ege Hospitalın həkim-mütəxəssisi Pərvanə Rüstəmova cinayət məsuliyyətinə cəlb olunub.
ONN media “Qafqazinfo”ya istinadən xəbər verir ki, hospitalın Onkologiya şöbəsinin rəisi İslam Məmmədov dələduzluqda, Pərvanə Rüstəmova isə vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. İttihama görə onlar birgə cinayət əlaqəsinə giriblər.
İş üzrə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və 10 nəfər zərərçəkmiş qismində tanınıb.İ.Məmmədova Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) və 341.2.1 ( vəzifə səlahiyyətlərini aşma), P.Rüstəmovaya isə 341.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslər həbsdə deyil, onlar barəsində istintaq dövrü müddəti üçün alternativ qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq.



SON DƏQİQƏ: MN-də vəzifəli şəxs həbs edildi
DSX-nın generalı ilə bağlı qərar verildi
Azərbaycanda vəzifəli şəxsdən xanım işçisinə qarşı İYRƏNC HƏRƏKƏT
Daha bir polkovnik tutuldu - Azərbaycanda
Müdafiə Nazirliyinin yüksək rütbəli şəxsi saxlanıldı
Öldürülən 4 yaşlı qızın atasına cinayət işi açıldı
Prokuror Bəkir Orucova 12 il 6 ay həbs istədi
Bəkir Orucov nədə ittiham olunur?
Rüşvətdə təqsirləndirilən icra nümayəndəsinə AĞIR CƏZA
“Rabitəbank”ın əməkdaşı həbs edildi
MN-də mənimsəmə: daha bir vəzifəli həbs olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 