Azərbaycanda təkrar əkin subsidiyası almaq istəyən fermerlər bu barədə bəyanı avqustun 31-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) daxil etməlidirlər.
ONN media xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.
Xatırladaq ki, 2023-cü ildə əsas əkinlərdən sonra təkrar əkin olaraq çəltik, qarğıdalı, kartof, günəbaxan, darı, sorqo, soya əkmiş fermerlər hər hektara görə 100 manat subsidiya alacaqlar.
Təkrar əkin üçün müraciət etmək istəyən fermerin mütləq bu il ilk əkin aparması barədə bəyanı EKTİS-də olmalıdır. Eyni zamanda, bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq. Müraciətlər toplandıqca, monitorinqlər aparılacaq və sentyabrdan başlayaraq təkrar əkin subsidiyalarının ödənişi həyata keçiriləcək.
Təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Fermer vəsaitin 25%-ni fermer nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, pestisid ala bilər. Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.



Sentyabrdan payızlıq əkinlərin bəyanına başlanılır
Bu şəxslərə 4 400 manat veriləcək - DİQQƏT!
İlham Əliyev fərman imzaladı
Kənd Təsərrüfatı Nazirliyindən QADAĞA
Qubada EKTİS sisteminin tətbiqinə hazırlıq başa çatır
Şəki sakinlərinin DİQQƏTİNƏ
Fermer Rövşən Şərifov: “Torpağımı qoruya bilmirəm, pasportu yoxdur”
Fermerlərə 23 milyon manat subsidiya veriləcək
Baş nazir sərəncam imzaladı
Nazirlər Kabineti fermerlərlə bağlı qərar verdi
Fermerlərin NƏZƏRİNƏ: Ödəniləcək kompensasiyanın məbləği AÇIQLANDI
Təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 