Kənd Təsərrüfatı Nazirliyi taxıl biçinindən sonra əkin sahələrini yandıran fermerlərə müraciət edib.
ONN media xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Anar Hüseynov son vaxtlar bu halların artdığını və bunun yanlış olduğunu deyib: "Son zamanlar fermerlər tərəfindən taxıl biçinindən sonra əkin sahələrinin yandırılması halları intensiv xarakter alıb. Səbəb fermerlərin şüurunda formalaşan yanlış təsəvvürdür. Belə addım atanlar hesab edir ki, biçindən sonra kövşənliyin yandırılması torpaq üçün faydalıdır. Yanmış kül doğrudan da torpaq üçün faydalıdır, amma torpağı yandıranda deyil, torpağa səpiləndə. Biçindən sonra əkin sahələrini yandıranlar anlamalıdır ki, yanğın zamanı təkcə küləş yanaraq kül olmur, yanğın bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Fermer kövşənliyi yandırarsa, növbəti il həmin sahədən əvvəlki qədər məhsul götürə bilməyəcək, çünki yanmış torpaqlar münbitliyini itirir, məhsuldarlıq avtomatik olaraq aşağı düşür. Fermerlərin nəzərinə çatdırırıq ki, əkinə yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi məqsədilə hələ ötən il torpaq qanunvericiliyinə dəyişiklik edilib, bu cür yanğınların törədilməsi qadağan olunub. İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavəyə əsasən əkin yerlərini yandıran fiziki şəxslər 400-600 manat, vəzifəli şəxslər 1500-2000 manat, hüquqi şəxslər isə 5000-6000 manat cərimə ediləcəklər”.
A.Hüseynov bu məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin maarifləndirmə işlərini davam etdirdiyini vurğulayıb: "Rayon (şəhər) Kənd Təsərrüfatı İdarələrinə Dövlət Fitosanitar Xidməti, Aqrolizing, Dövlət Texniki Nəzarət Xidmətinin yerli qurumları ilə birlikdə məhsul yığımından sonra əkin sahələrinin yandırılmasının qarşısını almaq məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçıları üçün mütəmadi maarifləndirici tədbirlər keçirmək tapşırılıb”.



Taxıl sahələrini yandıranlar 6 min manat cərimələnəcək
ETSN əhaliyə müraciət etdi
Nazirlik fermerlərə çağırış etdi
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə xəbardarlıq etdi
Azərbaycanda yanğınlar törədən 15 nəfər həbs olundu
FHN, ETSN və KTN əhaliyə birgə müraciət etdi
Azərbaycan yeni PUA hazırladı
Sentyabrdan payızlıq əkinlərin bəyanına başlanılır
Fermer Rövşən Şərifov: “Torpağımı qoruya bilmirəm, pasportu yoxdur”
Fermerlərin NƏZƏRİNƏ: Ödəniləcək kompensasiyanın məbləği AÇIQLANDI
Əli Əsədov qərar imzaladı
Şəmkirdə əkin sahələri od tutub yanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 