Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası şəhidin nəşinin 31 il sonra tapılması ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.
ONN media xəbər verir ki, Dövlət Komissiyasından verilən məlumatda deyilir:
"Mətbuat nümayəndələrinin çoxsaylı sualları nəzərə alınaraq, I Qarabağ müharibəsində itkin düşdüyü bildirilən şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədinin 31 ildən sonra tapılması və ekshumasiya edilməsinə dair kütləvi informasiya vasitələrində yayılmış məlumatla bağlı tərəfimizdən araşdırma aparılıb.
Məlum olub ki, Rəhman Əhliman oğlu Həsənovun 1992-ci ildə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşdə qəhrəmancasına həlak olmuş və nəşi elə həmin vaxt döyüş bölgəsindən götürülərək Laçın rayonu, Suarası kəndində dəfn edildiyi üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyat alınmayıb. Bu günlərdə onun məzarının ətrafında yaxınları tərəfindən təmizlik və abadlıq işləri aparılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası həssas xarakter daşıdığını nəzərə alaraq, itkin düşmüş şəxslər mövzusunda yoxlanılmamış məlumatların yayılmamasını xahiş edir”.



Füzulidə 1992-ci ildə əsir düşən hərbçimiz tapılıb? - RƏSMİ AÇIQLAMA
9 şəhid məzarı ekshumasiya ediləcək
İtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara müraciət olundu
Azərbaycanda naməlum şəhidlərdən birinin kimliyi DƏQİQLƏŞDİRİLDİ
7 meyitin qalıqları Azərbaycana təhvil verildi - RƏSMİ
Daha 7 şəhidimiz dəfn olunacaq
İtkin düşmüş, əsir-girov götürülmüş şəxslərlə bağlı SON XƏBƏRLƏR
Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib
Həbsdəki sabiq icra başçılarının müqaviməti
Daha on şəhid dəfn ediləcək
Qarabağda itkin düşənlərin ailələrinə MÜRACİƏT
Daha iki şəhidimiz dəfn olunacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 