Bu il sentyabrın 18-də keçirilməsi planlaşdırılan 75-ci “Emmi” televiziya mükafatının təqdimat mərasimi Hollivudda aktyor və ssenari müəlliflərinin tətili səbəbindən gələn il yanvarın 15-nə təxirə salınıb.
ONN media xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 18-də keçirilməsi planlaşdırılan mərasim 11 sentyabr terror aktlarının baş verdiyi 2001-ci ildən sonra ilk dəfə təxirə salınır.
Məlumat üçün bildirək ki, Hollivud aktyorlarını təmsil edən Kino Aktyorları Assosiasiyasının və Amerika Televiziya və Radio Sənətçiləri İttifaqının (SAG-AFTRA) üzvləri süni intellektə qarşı əmək haqqının qaldırılması və iş təhlükəsizliyinə dair danışıqların nəticəsiz qalması səbəbindən tətilə başlayıblar. Tətil davam etdiyi üçün aktyorlar sentyabrın 18-də keçirilməsi planlaşdırılan mükafatlandırma mərasiminə qatıla bilməyəcəkdi.
Namizədlər elan olunmuşdu
Televiziya İncəsənət və Elmlər Akademiyasının bu il təşkil edəcəyi 75-ci Emmi Mükafatlarının namizədləri ötən həftələrdə açıqlanıb. HBO istehsalı olan "Succession" serialı 27 nominasiya üzrə göstərilib. Həmçinin "The Last of Us və The White Lotus" ən çox nominasiya alan digər layihə olub.
Ən çox nominasiya qazanan filmlər aşağıdakılardır:
"Succession" - 27 nominasiya
"The Last Of Us" - 24 nominasiya
"The White Lotus" - 23 nominasiya
"Ted Lasso" - 21 nominasiya
"The Marvelous Mrs. Maisel" - 14 nominasiya
"The Bear" - 13 nominasiya
"BEEF" - 13 nominasiya
"Dahmer – Monster: The Jeffrey Dahmer Story" - 13 nominasiya
"Wednesday" - 12 nominasiya
"Barry" - 11 nominasiya



Emmi mükafatlarının təqdimat tarixi açıqlandı
Röyanın konserti yenə təxirə düşdü
Bakıdan Təl-Əvivə uçuşlar təxirə salındı
İƏT- in konfransı niyə təxirə salındı?
Tramp Danimarka səfərini təxirə saldı - SƏBƏB?
"Bavariya"nın oyunu ləğv edildi
İbrahim Tatlısəsin Bakı konserti təxirə salındı
Milli Məclisin iclası təxirə salındı
Bu zirvə toplantısı 2021-ci ilə təxirə salındı - SƏBƏB?
Mindən çox qatar reysi təxirə salındı - SƏBƏB
Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü təxirə salındı
"İstanbullu Gəlin" və "Cəsur və Gözəl" serialları...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 