Türk serialları 46-cı Beynəlxalq Emmi Mükafatlarına namizəd göstərilib.
ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 ölkənin münsiflərinin qiymətləndirdiyi 46-ci Beynəlxalq Emmi Mükafatlarının namizədləri açıqlanıb. Siyahıya “Star TV”-də yayımlanan "İstanbullu Gəlin" və "Cəsur və Gözəl" serialları daxil edilib. Bundan başqa, "Söz" serialının baş rol aktyoru Tolga Sarıtaş "Ən yaxşı kişi aktyor" kateqoriyasında namizəd göstərilib. Mükafatlandırma mərasimi 19 Noyabrda Nyu-Yorkda, Hilton hotelində baş tutacaq.
Türk serialları “Ouro Verde” (The Payback) və “Paquita La Del Barrio” televiziya layihələri ilə yarışacaq.
Tolga Sarıtaş isə “Ən yaxşı kişi aktyoru” nominasiyası üzrə Braziliyadan Julio Andrade, Kanadada Billy Campbell və Danimarkadan Lars Mikkelsen ilə mübarizə aparacaq.
Məlumat üçün bildirək ki, keçən il “Telenovela” kateqoriyasında "Kara Sevda" serialı mükafat qazanmışdı.
Qeyd edək ki, “Emmi”Amerikada Oskar (kino sahəsində) Qremmi (musiqi sahəsində) və Toni (teatr sahəsində) mükafatlarının televiziya ekvivalenti hesab edilir.



Emmi mükafatlarının təqdimat tarixi açıqlandı
"Söz" serialının aktyoru evləndi
"Oskar" mükafatlarına namizədlər AÇIQLANDI
Dünyanın həyəcanla gözlədiyi mərasim təxirə salındı
"İstanbullu gəlin" serialı haqqında ŞOK QƏRAR
Türk filmi “Oscar”a namizəd oldu
"İstanbullu gəlin"in böyük uğuru
Amerikalı aktyor dünyasını dəyişdi
Reytinqli türk serialları pullu yayıma keçəcək?
Türk serialları bu gündən start götürür
İlin ən yaxşı on televiziya serialı açıqlandı
İmran Xandan diqqətçəkən AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 