Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdə təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib.
ONN media xəbər verir ki, Nazirlikdən bildirilib ki, isti yay günlərində əhalinin xüsusilə həftəsonları istirahət üçün kütləvi üz tutduqları məkanlardan biri də dənizdir.
Qeyd edilib ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi insanlar tərəfindən çimərliklərlə bağlı təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da sonda acı nəticələrə səbəb olur.
FHN yuxarıda qeyd olunanlarla bağlı xüsusilə həftəsonu insanların istirahət üçün kütləvi şəkildə dənizə üz tutmasını nəzərə alaraq, əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
Belə ki, aşağıdakılar qadağandır:
- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;
- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;
- küləkli havada dənizə girmək;
- çimərlikdə gecələmək;
- sərxoş halda çimərlikdə olmaq;
- suda kobud hərəkətlər etmək;
- çimərlikdə balıq tutmaq;
- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!
Bununla yanaşı nazirlikdən vurğulanıb ki, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!
Həmçinin bildirilib ki, qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!



FHN çimərliyə gedənlərə müraciət etdi
FHN-dən əhaliyə müraciət: Çimərlikdə bunlar olmaz! - Video
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi - VİDEO
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət
FHN tonqallarla bağlı əhaliyə müraciət etdi
Nazirlik hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Sabahla bağlı əhaliyə MÜRACİƏT EDİLDİ
FHN isti hava ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Nazirlikdən küləkli hava ilə bağlı xəbərdarlıq
FHN əhaliyə müraciət etdi
Küləkli hava ilə bağlı FHN-dən müraciət
FHN çimərliklərlə bağlı əhaliyə müraciət etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 