Avqustun 15-də Polşa Ordusu Günündə Varşava tarixinin ən irimiqyaslı hərbi paradı ilə özünün ən müasir silah və müdafiə sistemlərini nümayiş etdirib.
ONN media xəbər verir ki, bu barədə AP məlumat yayıb.
“İnsan kütlələri ağ-qırmızı bayraqlarla 35 dərəcə istidə ABŞ-ın “Abrams” tanklarını, HİMARS mobil artilleriya sistemlərini və “Patriot” hava hücumundan müdafiə sistemlərini görmək üçün gəlmişdilər. Bundan başqa, paradda F-16 və F-35 qırıcıları, Cənubi Koreyanın F-50 qırıcıları və K-9 haubitsaları, Polşanın öz istehsalı olan “Krab” tırtıllı haubitsaları, “Rosomak” zirehli transportyorları da nümayiş olundu”, - məlumatda qeyd olunub.
Bildirilib ki, paradda 2 minə yaxın hərbi qulluqçu, 200 hərbi texnika və 100 ədəd təyyarə iştirak edib.
Paradda çıxış edən Polşa Prezidenti Andjey Duda bildirib ki, 8 il əvvəl 100 min nəfər olan ordunun sayı hazırda 175 min nəfərdir:
“Polşanın müdafiə büdcəsi bu il 34 milyard dollara çatıb. Bu da bütün NATO-da ən yüksək göstəricidir. Bu nəhəng modernləşmənin məqsədi Polşa silahlı qüvvələrini təchiz etmək və elə bir müdafiə sistemi yaratmaqdır ki, heç kim bizə hücum etməyə cəsarət etməsin və Polşa əsgərləri heç vaxt döyüşmək məcburiyyətində qalmasınlar”.



Bakıda "Zəfər paradı" keçirilir - CANLI YAYIM
Qələbə Paradında 3 mindən çox hərbçi, 150-dək texnika iştirak edəcək – RƏSMİ
NATO-nun ƏN GÜCLÜ ORDULARI - SİYAHI
Polşa Kiyevin ümidlərini belə qırdı
Qırıcı və helikopterlər Bakı səmasında - FOTOLAR
Qələbə paradının aparıcısı məlum oldu - FOTO
Azərbaycan ordusu Moskvadakı hərbi paradda iştirak edəcək
Türkiyəyə daha bir zərbə
Hərbçilərimiz Minskdə hərbi paradda - Foto
Moskvada hərbi parad başladı
Bakıda Zəfər paradının keçirilməsindən 2 il ötür
Azərbaycanın ən müasir texnikaları Zəfər paradında nümayiş etdirilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 