Polşa hakimiyyəti respublikanın ABŞ-dan sifariş verdiyi və yaxın gələcəkdə alacağına ümid etdiyi “Patriot” zenit-raket və hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməyi planlaşdırmır.
ONN media xəbər verir ki, bu barədə çərşənbə axşamı Polşanın Baş naziri Mateuş Moravetski mətbuat konfransında bildirib.
O, Polşanın “Patriot”u Ukraynaya ötürmək imkanını nəzərdən keçirib-keçirməməsi ilə bağlı suala mənfi cavab verib. "Bizim əldə edəcəyimiz "Patriot" sistemləri, ümid edirəm ki, tezliklə Polşa səmasını qorumağa xidmət edəcək, çünki bunlar bizə gələn ilk batareyalardır", - deyə o qeyd edib.
Moravetski xatırladıb ki, Almaniya və digər müttəfiqlərdə artıq bu batareyalar var: "Ancaq açıq deməliyəm ki, indi Polşanın səması Almaniyanın səmasından daha çox təhlükə altındadır".
Polşa Baş naziri bu müdafiə sistemlərinin harada yerləşdiriləcəyi ilə bağlı suala cavab olaraq deyib: “Hələ Polşaya çatdırılmamış “Patriot”u müzakirə etməyin mənası yoxdur. Onlar təhvil verildikdə biz prezident və müdafiə naziri ilə onların yerləşdirilməsi məsələsini həll edəcəyik”.



Polşa tarixinin ən böyük hərbi paradını keçirdi
NATO-dan Rusiyaya ZƏRBƏ
SON DƏQİQƏ: Rusiya Polşa ərazisini vurdu- ÖLƏNLƏR VAR
ABŞ ən güclü silahlarından Türkiyəyə satacaq?- ŞOK AÇIQLAMA
Vaşinqtondan Türkiyəyə pozitiv təklif
Polşa ilə AŞPA arasında nə baş verir?
Türkiyə S-400-dən imtina edə bilərmi? - Ərdoğan
Baş nazirdən Zelenskiyə: Bir də bizi təhqir etmə!
SON DƏQİQƏ: Türkiyə hərəkətə keçdi - ABŞ-a SORĞU GÖNDƏRİLDİ
ABŞ Türkiyəni hədələdi
Polşanın yeni baş naziri məlum oldu
Polşa və Ukrayna arasında 8 memorandum imzalandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 