Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üçün qeydiyyat başlanır.
ONN media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə test imtahanı 16 iyul 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilib.
Müsabiqənin müsahibə mərhələsində direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında direktor vəzifəsi üzrə 50 bal (Bakı şəhərinin məktəbləri üzrə 70 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 60 bal), direktor müavini vəzifəsi üzrə 45 bal (Bakı şəhərinin məktəbləri üzrə 63 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 54 bal); müəllimlərin işə qəbulu üzrə test imtahanında 35 bal (Bakı şəhərinin məktəbləri üzrə 49 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 42 bal), simli alətlər (violonçel və kontrabas), klassik və milli nəfəsli alətlər, xoreoqrafiya ixtisasları üzrə 30 bal (Bakı şəhərinin məktəbləri üzrə 44 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 37 bal) toplamış namizədlər iştirak edə bilərlər.
Müsahibə mərhələsi üzrə qeydiyyat və vakansiya seçimi 18 avqust 2023-cü il saat 09:00-dan etibarən aşağıdakı linklər vasitəsilə aparılacaq https://bit.ly/3QZZ00b (direktor və direktor müavini vəzifələri üzrə) http://bit.ly/45aSEiI (müəllimlər üzrə).
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 2022-ci ildə iştirak etmiş namizədlərin əldə etdikləri nəticələr (toplanmış ballar) 2 (iki) il qüvvədə qalır (2022 və 2023-cü illər). Bununla əlaqədar, 2022-ci ildə test imtahanında müvafiq minimal balı toplamış namizədlər birbaşa müsahibə mərhələsi üzrə qeydiyyatdan keçə və vakansiya seçimi edə bilərlər



Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ
Bakıdakı bu məktəblərə direktor axtarılır
Musiqi, incəsənət, aşıq məktəb və mərkəzlərinə işə qəbul üzrə imtahan keçiriləcək
Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Mədəniyyət Nazirliyi müsabiqə keçirəcək
Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir
Məktəb direktoru vəzifəsinə test imtahanlarına başlanılır
Direktorların işə qəbulu üzrə imtahanlar yekunlaşdı
Bakıda 33 məktəbə direktor təyin edildi
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 