Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üzrə işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi keçirilir. İdarədən ONN media-ya verilən məlumata görə, həmin vəzifələrdə çalışmaq istəyən namizədlər üçün müsahibə sentyabrın 6-da başa çatacaq. Ümumilikdə işə qəbul üzrə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığının rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatının rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir. Müsahibəyə dəvət edilmiş şəxslərdən müsahibəyə gələrkən şəxsiyyəti təsdiq edən sənədin və təhsil sənədinin (ali və ya orta istisas təhsili haqqında diplom(lar) və ya attestat, o cümlədən, çağırışaqədərki hazırlıq üzrə rəhbər vəzifəsi üzrə müsabiqədə iştirak edənlər hərbi bilet) əslini, əmək fəaliyyətini təsdiq edən sənədin əslini və ya surətini özləri ilə götürmələri xahiş olunur. Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq. Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları"na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Bakı məktəblərində direktor müavini vəzifələri üzrə müsahibə keçirilir



DİQQƏT- Vakansiya seçimi başa çatır
Məktəblərdə vakant vəzifələrə seçim mərhələsi başlayır
İşə qəbul üzrə imtahanların nəticələri məlum olub
Bakı məktəblərində işə qəbul imtahanı başladı
DİQQƏT- Vakant vəzifələr açıqlandı
Bakıda 33 məktəbə direktor təyin edildi
Bakı Təhsil İdarəsi işçi axtarır
Məktəb direktorlarının müavinlərinin DİQQƏTİNƏ: İmtahan keçiriləcək
Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ
Musiqi məktəblərində işləmək istəyənlərin NƏZƏRİNƏ
Bakıdakı bu məktəblərə direktor axtarılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 