Əhalinin banklarda olan əmanətlərində aylıq müqayisədə azalma qeydə alınıb. Belə ki, avqust ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43.3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb. Qeyd edək ki, bu ilin fevral ayında da əmanətlərin həcmində aylıq azalma qeydə alınmışdı.
ONN media xəbər verir ki, bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, əhəmiyyətli banklarda depozit faizlərində azalma davam edir:
“Manat üzrə orta depozit faizi müddətli əmanətlər üzrə 6.0 faizədək azalıb. Müddətsiz depozitlərdə isə faizlər sadəcə simvolik xarakter daşıyır. Bu isə əmanət qoyluşlarına təsirsiz ötüşmür.
“Günay Bank”ın müflisləşməsi də ümumi əmanətlərin həcminə təsir göstərdi. Qeyd edək ki, lisenziyası ləğv olunan zaman sözügdən bankın depozit portfeli 82 milyon 507 min manat idi.Bütövlükdə, aylıq azalmaya baxmayaraq, əmanətlərin həcmi bu ilin yanvar ayı ilə müqayisədə 962 milyon manat artıb.
Bu baxımdan, il ərzində aylıq artım tempinin qorunub saxlanması da vacibdir. Əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir”.



“Günay Bank”da olan əmanətlər qaytarılacaqmı?
Vergitutma başladı, banklarda əmanətin həcmi nə üçün azaldı?
Ölkə əhalisinin banklarda olan əmanətləri nə qədərdir?
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var?
Manatla olan yalnız bu əmanətlər qorunacaq – Diqqət
Problemli kreditlərin həcmi artıb - Deputat bankları TƏNQİD ETDİ
Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
Əhalinin banklarda 8 milyard manatdan çox pulu var
Əhalinin banklarda olan əmanətlərinin məbləği nə qədərdir? - AÇIQLAMA
Əhalinin banklarda nə qədər pulu var?
Prezidentdən əmanətçilərə müjdə: Daha bir il...
Naxçıvanda banklara qoyulan əmanətlərin həcmi bu qədər artıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 