Mərkəzi Bankın rəsmi elan etdiyi göstəricilərə əsasən, bu ilin birinci yarısında problemli kreditlərin həcmi yenidən artıb. Belə ki, ötən ili 893 milyon manat problemli kredit portfeli ili başa vuran banklarda bu ilin ilk yarısında bu göstərici 914 milyon manata yüksəlib. Bu o deməkdir ki, yalnız son 6 ayda problemli kreditlərin həcmi 2,3 faiz artıb.
ONN media xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
O bildirib ki, iyun ayının yekunlarında problemli kreditlərin həcmində aylıq artım 7,7 milyon manat olub:
"Problemli kreditlərinin həcminin artımasında pandemiyanın təsirləri xüsusi rol oynasa da, bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yoxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb. Eyni zamanda, depozit dividendləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq bəzi banklar xarici valyutada dividendlərə ya faiz ödənişi etmirlər, ya da cüzi dividend hesablayırlar.
Depozit dividendlərinin düşməsinə baxmayaraq, kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin birinci yarısında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. Bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var".



Problemli kreditlərin həcmi nə qədərdir?
Banklara 816 milyon manatlıq kredit geri qaytarılmayıb
Mərkəzi Bankdan problemli kreditlərlə bağlı AÇIQLAMA
Problemli kreditlər azalıb
Əhalinin banklardakı pulu 8 milyard manatı ötüb
Problemli kreditlərlə bağlı ŞAD XƏBƏR
Bu şəxslərin problemli kreditinə güzəşt ediləcək - AÇIQLAMA
Azərbaycan əhalisinin banklarda nə qədər pulu var?
Əhalinin banklarda nə qədər pulu var?
Ölkə əhalisinin banklarda olan əmanətləri nə qədərdir?
Banklarda əmanətlər azalır: əsas səbəb faizlərdir
Problemli krediti olanlar mütləq oxuyun
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 