Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatları bölgədə sülh və sabitliyə xidmət etmir".
ONN media xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı səsləndirdiyi fikirləri şərh edərkən bildirib.
"Kanadanın xarici işlər naziri Melani Jolinin erməni icmasının tədbirində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsinə istinadən ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı fikirlər səsləndirməsini qətiyyətlə pisləyirik", - deyə sözçü qeyd edib.
Onun sözlərinə görə, Kanadanın xarici işlər nazirinin bölgədə separatçılığı və revanşist qüvvələri dəstəkləyən, ermənipərəst hisslərin açıq şəkildə ifadə olunduğu birtərəfli bəyanatlar səsləndirməsi ilk dəfə deyil: "Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalını və yüz minlərlə azərbaycanlının insan hüquqlarının pozulmasını qınayan, bu illər ərzində aparılan danışıqlar prosesinə töhfə verəcək və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsini dəstəkləyəcək hər hansı bəyanatla çıxış etməyən Kanada xarici işlər nazirinin Azərbaycan əleyhinə əsassız şəkildə bəyanatlar verməsi qarşı tərəfdən nümayiş etdirilən qərəzli yanaşmanın nümunəsidir. Kanada tərəfinin bu kimi bəyanatları bölgədə sülh və sabitliyə xidmət etmir və qəbuledilməzdir".
"Bir daha, Kanada tərəfindən bu kimi təhrikedici addımlardan çəkinməyi və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tələb edirik. Kanada həqiqətən də bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, o zaman beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun davranmalıdır. Bunun əksi bölgədə sülhün bərqərar olması prosesinə zərər verməkdən başqa bir şey deyil", - deyə A.Hacızadə vurğulayıb



Rəsmi Bakıdan Kanada XİN rəhbərinin bəyanatına MÜNASİBƏT
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
XİN rəsmi məlumat yaydı
Azərbaycan XİN -dən erməni nazirə CAVAB
Azərbaycan XİN-dən erməni nazirə CAVAB
XİN rəsmi məlumat yaydı
Zelenski Coli ilə görüşündən yazdı: Təhlükəsizlik...
XİN rəsmi məlumat yaydı
Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı açıqlanıb
XİN təsdiqlədi: Üçtərəfli görüş keçiriləcək
Bakı bu nazirin səfər istəyini rədd etdi
Bayramov və Mirzoyan görüşəcək?- Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 