Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal nazirlər görüşündə çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin insanlara aid olduğunu və orada yaşayanların insan hüquqlarının müdafiə olunması ilə bağlı fikirlərinə münasibət bildirib.
XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən Ermənistan naziri əgər ATƏT məkanında insan hüquqları və demokratik dəyərlərin qorunması ilə bağlı söylədiklərinə həqiqətən inanırsa və bu xüsusda real işlər görmək istəyirsə, o zaman hələ də Ermənistanın silahlı qüvvələrinin hərbi işğalı altında saxlanılan Dağlıq Qarabağ və yeddi ətraf rayonumuzda etnik təmizləməyə məruz qalaraq əzəli torpaqlarından, mülklərindən didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental insan hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir.
"İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri, bu bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüquqi digər bir qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz. Yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, münaqişənin həlli ilə əlaqədar bir sıra substantiv məsələlərin, eləcə də Dağlıq Qarabağın hər iki, azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışı və hüquqları məsələsinin həllinə əlverişli şərait yarada bilər”, - XİN rəsmisi vurğulayıb.



XİN -dən Qarabağla bağlı Mnatsakanyanın sərt etirazına REAKSİYA
XİN: Ermənistan bu məsələni ört-basdır etmək istəyir
Azərbaycan nümayəndəsi ATƏT-ə çağırış etdi
Tural Gəncəliyev: Azərbaycanlı icma öz torpaqlarına geri qayıtmadan...
XİN-dən Paşinyana - ETİRAZ
XİN-dən Paşinyanın Berlin bəyanatlarına REAKSİYA
İsrailin baş naziri Ermənistanın XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Dağlıq Qarabağın statusu məsələsinə nə vaxt baxılacaq? - XİN AÇIQLADI
Leyla Abdullayevadan Ermənistan XİN-ə CAVAB
Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşü barədə AÇIQLAMA
Mnatsakanyanın həmsədrlərlə Cenevrə görüşü başladı
Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 