Rusiyanın Tver vilayətində "Embraer" təyyarəsi qəzaya uğrayıb.
ONN media xəbər verir ki, bu barədə "Rosavsiya" məlumat yayıb.
Qəza nəticəsində göyərtədə olan 10 sərnişinin hamısı ölüb. Onlardan 3-ü ekipaj üzvüdür.
Təyyarənin Moskvadan Sankt-Peterburqa uçduğu ehtimal edilir. Qəza Kujenkino kəndi yaxınlığında baş verib. Hazırda xilasedicilər axtarış aparır.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat verib ki, sərnişinlərin siyahısında “Vaqner”in rəhbəri Yevgeni Priqojinin də adı var. Onlar qəza ilə bağlı araşdırmaya başladıqlarını da vurğulayıblar.
Tver vilayətinin qubernatoru İqor Rudenya təyyarə qəzası ilə bağlı vəziyyəti nəzarətə götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir. Onlar hadisənin təfərrüatını müəyyənləşdirir, həmçinin ölənlərin sayını dəqiqləşdirirlər.



Priqojinin ölümü ilə bağlı açıqlama
Qəza baş verən ərazidə 8 meyit tapıldı
Lukaşenko sui-qəsd planından qəbərdar imiş?
Priqojinin olduğu təyyarə qəzaya uğradı
Qorxunc təyyarə qəzası - ÖLƏNLƏR VAR
Putin ilk dəfə Priqojinin ölümündən danışdı
Braziliyada təyyarə qəzası olub- ÖLƏNLƏR VAR
Fransada dəhşətli təyyarə qəzası - ÖLƏNLƏR VAR
Rusiyada təyyarə qəzaya uğradı
174 sərnişin olan təyyarə QƏZAYA DÜŞDÜ
SON DƏQİQƏ: Rusiyada təyyarə qəzası baş verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 