Füzuli rayonunda oğurluq əməlləri törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
ONN media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən səkkiz nəfər saxlanılıb.
Araşdırmalarla onların Nemət Haqverdiyev, Fəridə Rəhimova, Vüsal Bədəlov, Hikmət Tağıyev, Musa Hətəmov, Qardaş Gülmalıyev, Natiq Həziyev və Məhərrəm Rüstəmov olduqları müəyyən edilib. Adıçəkilən şəxslərin rayon ərazisində yerləşən mağazadan, anbardan və evdən oğurluqlar edərək ümumilikdə 50 min manata yaxın dəyərdə ziyan vurduqları aşkar olunub.
Dəymiş ziyanın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.Keçirilmiş digər bir əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xarici ölkə vətəndaşı da saxlanılıb. Onun İran İslam Respublikasının sakini Hosein Farhadi olduğu müəyyən edilib. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.



Füzulidə mağazalara qənim kəsilən şəxslər saxlanıldı
Tərtərdə əməliyyat - Saxlanılanlar var
Ağcabədidə əməliyyat: saxlanılanlar var
Lənkəranda narkoşəbəkə ələ keçdi
Gəncədə narkotik alveri edən şəxs saxlanılıb
Qusar polisindən əməliyyat: HƏBS EDİLƏNLƏR
Polis əməliyyat keçirdi: saxlanılanlar var
Xızıda əməliyyat - 6 nəfər tutuldu
DİN Yasamalda əməliyyat keçirdi: 10 nəfər saxlanıldı
Qanunsuz ağac kəsən və ov edənlər saxlanıldı
Lerik polisindən əməliyyat: qardaşlar saxlanıldı
Bakıda ŞOK ƏMƏLİYYAT - Aralarında qadınların da olduğu dəstə ələ keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 