Koronavirusa yoluxma hallarının qlobal azalması fonunda bəzi ölkələrdə xəstəxanaya yerləşdirmə və ölüm halları kəskin artmaqdadır.
ONN media xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.Qebreyesus dünya ölkələrini belə bir vəziyyətdə koronavirusun yeni ştamlarının yayılması ilə bağlı riski qiymətləndirmək üçün epidemioloji nəzarəti və məlumat mübadiləsini gücləndirməyə çağırıb:
“Biz bütün dövlətləri EG.5 və BA.2.86 kimi yeni ştamların yayılma riskini qiymətləndirə bilməmiz üçün nəzarəti gücləndirməyə çağırırıq”.
Xatırladaq ki, koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. 11 mart 2020-ci ildə ÜST COVID-19 epidemiyasını pandemiya kimi tanıyıb.
Avqustun 16-a olan məlumata görə, dünyada ümumilikdə 769 806 130 koronavirusa yoluxma qeydə alınıb, 6 955 497 nəfər ölüb. Mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə Qebreyesus bildirib ki, əslində ölənlərin sayı azı 20 milyondur.



ÜST: Dünyada koronavirusa yoluxanların sayı 215 mindən çox artıb
Koronavirusa yoluxma sürətlə artır: İspaniya və İran təhlükədə
Koronavirus bu ölkələrdə ən yüksək sürətlə yayılır - SİYAHI
Koronavirusla bağlı son rəqəmlər açıqlandı
ÜST koronavirusla bağlı məlumat yaydı
Koronavirusla bağlı son rəqəmlər açıqlandı
Qonşu ölkələrdə koronavirusla bağlı son vəziyyət
ÜST koronavirusla bağlı vəziyyəti açıqladı
Pandemiyanın yeni təhlükəli mərhələsi başlayıb - ÜST
Bu ölkələrə getmək istəyənlərin NƏZƏRİNƏ
Dünyada koronavirusa 573 mindən çox yoluxma qeydə alındı
Yoluxmada REKORD: ÜST-dən CİDDİ XƏBƏRDARLIQ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 