Türkiyədə işgüzar səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Eskişehirdə 1-ci Aviasiya bazasının komandiri general-mayor Ərtan Uzun ilə görüşüb.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Qarşılıqlı hədiyyələr təqdim edildikdən sonra birgə xatirə şəkli çəkdirilib.Daha sonra general-polkovnik Z.Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə birgə 2023-2024-cü uçuş təlim ilinin açılış mərasimində iştirak edib.Uçuş əmri verildikdən sonra qonaqlar qardaş ölkənin hərbi aviasiya vasitələrinin uçuşlarını izləyiblər.
Sonra general-polkovnik Z.Həsənov Ankaraya gəlib. Burada Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Mətin Gürak ilə görüşüb.Görüşdə iki qardaş ölkənin orduları arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonra hər iki qardaş ölkənin müdafiə nazirləri Ankarada keçirilən "Texnofest" Aerokosmik və Texnologiya festivalında iştirak ediblər.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan festivalda çıxış edərək iştirakçıları salamlayıb.
"Texnofest" Aerokosmik və Texnologiya festivalı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.



Zakir Həsənov türkiyəli həmkarı ilə görüşdü
Zakir Həsənov türkiyəli generalla görüşdü
Azərbaycan bu ölkə ilə müdafiə sazişi imzaladı
Zakir Həsənov ordu generalı ilə görüşdü
Zakir Həsənov qazaxıstanlı həmkarı ilə görüşüb
Zakir Həsənov Gürcüstanda Milli Müdafiə Akademiyasını ziyarət edib
Zakir Həsənov Haluk Görgünlə görüşdü
Zakir Həsənov Gürcüstanın Baş naziri ilə görüşdü
Azərbaycan və Özbəkistan MN arasında əməkdaşlıq planı imzalandı
Zakir Həsənov Hulusi Akarla görüşdü
Azərbaycan və Türkiyə generalları görüşdü
Zakir Həsənov Mətin Gürakla görüşdü
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 