Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) yenidən təqdim etdiyi üzv siyahılarını yoxlayıb.
ONN media xəbər verir ki, bu barədə partiyanın sədr müavini Samir Əsədli məlumat verib.
O qeyd edib ki, Nazirlik VHP üzvlərinin reysterini təsdiq edib:
“Növbəti mərhələdə Nizamnamə və Proqramın yeni variantını nazirliyə təqdim edəcəyik”.
Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.
Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Yenidən müraciət edən AĞ Partiya dövlət qeydiyyatına alınıb.



31 partiya buraxıldı: 27-si qaldı - Rəsmi
Ədliyyə Nazirliyi fəaliyyətsiz partiyaların ADLARINI AÇIQLADI
Əli Əsədov qərar imzaladı
Azərbaycanda iki müxalifət partiyası rəsmi qeydə alındı
DİQQƏT- Nəzərdə tutulan vaxt başa çatır
Prezidentdən siyasi partiyalarla bağlı qadağa
Azərbaycanda yeni siyasi partiya qeydiyyata alındı
Hansı partiyalar parlament seçkisində iştirak edəcək? - AÇIQLAMA
Bu partiyalar seçkidə iştirak edəcək - SİYAHI
MSK sədrinin səlahiyyətləri alındı
Beş partiyaya ofis verildi
YAP-ın yeni sədr müavini kollektivə təqdim olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 