Kəlbəcərdə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası işinə başlayıb.
ONN media xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Bakı Abadlıq” MMC-nin baş direktoru Bünyad Qasımov, 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər vəzifəli şəxslər iştirak edirlər.
Qeyd edilib ki, ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, əsrarəngiz təbiəti ilə zəngin olan Kəlbəcər rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb.
Bu müddət ərzində rayonun enerji təminatının təmin edilməsi istiqamətində bir sıra işlər görülüb, su elektrik stansiyaları və kiçik su elektrik stansiyaları istifadəyə verilib, Kəlbəcər şəhərində təməli qoyulmuş ilk yaşayış məhəlləsinin, orta məktəbin, işğal və zəfər muzeylərinin layihələndirmə işləri, İstisu qəsəbəsində mehmanxana kompleksinin və su istehsalı zavodunun tikintisi sürətlə davam etdirilməkdədir.



İşçi Qrupunun iclası keçirildi
Zəngilanda mühüm iclas başladı
Kəlbəcər və Laçında bir sıra biznes obyektləri açılacaq
İş adamları Kəlbəcər və Laçına səfər edəcək
Laçın və Kəlbəcərdə külək elektrik stansiyaları tikiləcək
İlham Əliyev Kəlbəcər və Laçına getdi
Böyük qayıdış üzrə İşçi Qrup yaradıldı
Laçında iclas keçirilir
Kəlbəcərə su verildi
Prezident: Ermənilər Laçın da 5 su elektrik stansiyasını dağıdıb
İşçi Qrupunun növbəti iclası keçirildi
Əli Əsədov Qarabağla bağlı sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 