"Kökəlmisən" - bu söz dünya əhalisinin böyük bir hissəsi üçün söyüşdən betər kəlməyə çevrilib.
Neçə milyon insan arıqlamaq üçün idman salonlarına, dietoloqlara pul xərcləyir. Ancaq heç fərqinə varmırıq ki, sadəcə həyat tərzimizi bir az dəyişdirərək də arıqlaya bilərik. Bu, bir az uzunmüddətli olsa da, elə ən sağlamıdır.
ONN media xəbər verir ki, soyuducunuzu elə boşaldın ki, açanda yeməyə bir şey tapmayıb bağlayasınız.
Yemək vaxtından əlavə yediniz hər şey sizə "düşməndir". Onun əvəzinə su için.
- Deməyə ehtiyac yoxdur, amma yenə də yada salaq: içki, çörək və şirniyyatlardan uzaq durun.
- Axşamlar daha tez yatmağa çalışın.
- Səhər yeməyinizi mütləq yeyin. Bu, sizə gün ərzində itirməli olduğunuz enerjini verəcək və günorta yeməyinə qədər çox acmayacaqsınız.
- Günorta vaxtlarında iştahanız açılıbsa, sevdiyiniz mahnılara qulaq asın. Araşdırmalar göstərib ki, musiqi dinləyəndə də sevdiyiniz bir yeməyi yeyəndə də beyninizin eyni hissəsinə siqnal ötürülür.
- Doyunca yatın. Yuxunun az olması iştah hormonun daha çox ifrazına səbəb olur.
- Yaşıl çay için. Araşdırmalara görə, yaşıl çay içmək bədəndəki kalorilərin yanmasında çox vacibdir. Gündə 3 fincan yaşıl çay için.
- Yediniz yeməyə fikrinizi cəmləşdirin. Ayaqüstə dayanarkən, kitab oxuyarkən, film izləyərkən, ya da e-maillərinizə cavab verərkən yemək yeməyin.
- Gündə ən azı 30 dəqiqə açıq havada gəzməyə çalışın.
- Sağlam qidalara üstünlük verin. Fast-fuddan tam imtina edin.
- Özünüzü çox yormayın. Pəhriz vaxtı 1200 kaloridən düşməməyə meyil edin.
- Lift əvəzinə pilləkənlərdən istifadə edin.
- İplə hoppanmaq da yaxşı idmandır. Həm də o biri idman hərəkətlərindən daha asan və əyləncəlidir.
- Tez-tez, amma az-az yeyin.



Arıqlamaq istəyirsən?-Onda oxu
Arıqlamaq istəyərkən yol verdiyiniz 5 SƏHV
Pəhrizsiz necə arıqlamaq olar?
"Şirniyyatı sevirəm, kökəlmək də istəmirəm" deyənlər, mütləq oxusun
Əllə yeməyin faydası və ziyanı NƏLƏRDİR?
1 aya 10 kiloqram arıqladan PƏHRİZ
Arıqlayarkən mütləq bunlara diqqət edin
Kişilər niyə kökəlir?
Səhər oyanarkən bunlara diqqət edin
2 həftəyə arıqladan pəhriz
Karantində ideal çəki qazanmağın YOLLARI
3 gündə 4 kilo arıqlayacaqsınız
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 