Son zamanlar yanlış qidalanma, ərzaq məhsullarının keyfiyyətinin aşağı olması öd xəstəliklərinin sayının artmasına səbəb olub.
ONN media xəbər verir ki, hər dəfə qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir.
Öd kisəsi, öd yolları və sfinkteri əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.
Bəs öd durğunluğunun yaranma səbəbləri nədir?
Balanslaşdırılmamış qidalanma - qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;
Hipodinamiya - az hərəkətli həyat tərzi, oturaq iş rejimi;
Bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;
Hamiləlik - dölün öd kisəsini sıxması;
Metabolik xəstəliklər - piylənmə, şəkərli diabet və ateroskleroz;
Öd axımının qarşısını alan mexaniki maneələr - öd daşı və ya opistorxoz.
Mövzu ilə bağlı açıqlama verən qastroenteroloq-terapevt Mətanət Cəfərova öd xəstəliklərindən qorunmağın qızıl qaydalarından bəhs edib.
Onun sözlərinə görə, burada əsas məsələ az-az, tez-tez yeməkdir:
"Ödə diqqət yetirilməyəndə bir sıra xəstəliklər eləcə də çöküntü, daha sonra isə öd daşları yaranır.Bunun üçün hər qidalanma zamanı yeməyin miqdarı az olmalıdır. Hər 3-4 saatdan bir qida qəbul etmək lazımdır. Əsas 3 dəfə yemək lazımdır - səhər, gunorta, axşam. 2 dəfə ara yemək qəbul edilməlidir.
Ara yemək deyəndə yüngül qidalar nəzərdə tutulur. Bu, meyvə, yoqurt, qatıq ola bilər".
M. Cəfərova qida qəbulundan dərhal sonra çay içməyin də yanlış addım olduğunu qeyd edib.
"Yeməkdən 2 saat sonraya qədər çay içilməməlidir. Çünki qidadan sonra qəbul edilən çay öd durğunluğunu yaradan əsas amillərdən biridir.Qida qəbulları arasında fasilələr nə qədər uzun olarsa, bir o qədər öd durğunluğu formalaşır. Bununla da çöküntü, öd daşı yarana bilər.Çöküntü nəzarətdə saxlanılmazsa, öd daşına çevrilə bilər.Biz xəstələrə öd durğunluğunu, çöküntünü aradan qaldıran dərmanlar təyin edirik", - deyə Cəfərova vurğulayıb.



Dərim niyə quruyur? Bilmədiyiniz SƏBƏBLƏR
Gün ərzində neçə dəfə qidalanmaq lazımdır? - Alimlərin fikri
Piylənmə, bağırsaq xərçəngi, diabet və insultdan qoruyan MADDƏ
Öd kisəsi üçün hansı məhsullar xeyirlidir?
Yağ alarkən bunlara diqqət edin
Qidalanma ilə bağlı bilmədikləriniz
Ölüm riskini artıran ƏSAS SƏBƏB
Ölüm riskini artıran ƏSAS SƏBƏB
Ayaqüstü yeməyin ziyanları
Saqqız çeynəmək nəyə zərərdir?
Təzyiqi aşağı salmaq üçün duzdan İMTİNA EDİN
Hər kəsin istifadə etdiyi bu yağlar insanı gənc yaşda öldürür- ŞOK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 