“Qan təzyiqinin yüksəlməsinin müxtəlif səbəbləri ola bilər. Bunlardan biri həyəcan anında təzyiqin yüksəlməsidir. Bunu daha çox gənclərdə müşahidə edirik. Bundan başqa, panik atak xəstəliyi zamanı da təzyiq yüksələ bilər. Amma ümimilikdə, hipertoniya xəstəliyinin yaranmasının əsas səbəbləri passiv həyat tərzi, qeyri-sağlam qidalanma, şəkərli diabet xəstəliyi, irsi meyillilik faktorlarıdır”.
ONN media xəbər verir ki, bunu Medical Mediaya açıqlamasında kardioloq Aynur Əlizadə deyib.
Həkim qeyd edib ki, qanda xolestrenin yüksək olması da qan təzyiqinin artmasına səbəb ola bilər.
Qidalanma zamanı orqanizmə ehtiyac olan duz miqdarı 3-4 qramdır, amma hesablamalara görə, biz gündəlik minimum 20 qramdan çox duz qəbul edirik.
Bu da qanda xolestrenin artmasına və təzyiq xəstəliyinin yaranmasına gətirib çıxarır.
Qan təzyiqi deyiləndə qanın damarların divarlarına etdiyi təzyiq nəzərdə tutulur. Hipertoniya qan təzyiqinin davamlı artmasıdır.
Bu, həm müxtəlif xəstəliklərin əlaməti olaraq, həm də naməlum səbəblərdən yarana bilir.
Qan təzyiqi millimetr civə sütunu ilə ölçülür və iki ədədlə göstərilir. Birincisi (sistolik təzyiq) ürək əzələsinin yığılması zamanı, ikincisi isə (diastolik təzyiq) ürəyin iki yığılma arasında yaranan təzyiqin göstəricisidir.
Buna adətən "yuxarı və aşağı təzyiq"deyilir.
Daha gənc yaşlarda (adətən 20-40 yaşlar arasında) qan təzyiqi 90/60 və 120/80 mm civə sütununa bərabər olmalıdır. Daha yaşlı insanlarda bu rəqəm artır.Azərbaycan Səhiyyə Nazirliyinin mütəxəssisi İlqar Tahiroğluya əsasən, bu sahədə normalar zaman-zaman dəyişir.
Amma yüksək qan təzyiqinin olması barədə danışmaq üçün sistolik təzyiqin 140 mm civə sütunundan yuxarı və diastolik təzyiqin 90 mm civə sütunundan "yuxarı olması kifayətdir".
Dünyada təxminən 1,28 milyard insan hipertoniyadan əziyyət çəkir, onların çoxu (üçdə ikisi) aşağı və orta gəlirli ölkələrdə yaşayır. Hipertoniya bütün dünyada əsas ölüm səbəblərindən biridir, BMT bildirir.



Aşağı qan təzyiqinin səbəbləri və müalicəsi
Baş ağrısı nədən xəbər verir?
İstidə təzyiq qalxıbsa, quru meyvə yeyin və bu çayı için
Təzyiqiniz səhərlər qalxırsa...
Təzyiqi ölçəndə bu səhvlərə yol verməyin! Yanlış nəticə alacaqsınız
Məşhur həkim təzyiqi dərmansız salmağım 3 yolunu açıqladı
Ənənəvi təzyiq ölçmə metodu səhv imiş
Təzyiq xəstələrinin diqqətinə
Arterial təzyiqi aşağı salan 7 ədviyyat
Öd daşı nə zaman yaranır?
Yeməkləri bu şəkildə yemək ürəyə ziyandır
Təzyiq ölçərkən yol verdiyimiz səhvlər - Mütləq oxuyun
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 