Sentyabrın 11-də Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluşi Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
ONN media xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.Görüş zamanı Argentina Prezidenti Alberto Fernandesin 10 sentyabr 2023-cü il tarixində Nyu Delhi şəhərində G20 Sammiti zamanı ölkəmizə qarşı qərəzli fikirlər səsləndirməsi ilə bağlı XİN-in etiraz notası Argentina səfirinə təqdim edilib.
Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına əsaslanaraq bölgədəki reallıqları təhrif edən, suverenliyimiz və ərazi bütövlüyümüzə qarşı terminalogiyanın əks olunduğu bu kimi əsassız fikirlərin səsləndirilməsinin təəssüf doğurduğu bildirilib.
Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması məqsədilə alternativ yollardan, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə təklifləri, göndərilən ərzaq məhsullarının hələ də qəbul edilməməsi, vəziyyətin Ermənistanın iddia etdiyi kimi humanitar deyil, siyasi xarakter daşıdığını nümayiş etdirdiyi bildirilib.
Bu xüsusda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bəyanatlardan çəkinilməsinin vacib olduğu Argentina tərəfinin diqqətinə çatdırılıb.



SON DƏQİQƏ: Azərbaycan Fransaya nota verdi
Ermənistan Rusiyaya nota verdi
Peter Mixalko Azərbaycan XİN-ə çağırılıb, nota təqdim edilib
Rəsmi Bakı Parisə nota verdi
XİN-dən Paşinyana SƏRT CAVAB- Üzr istəməlidir!
Azərbaycan Fransaya nota verdi
XİN-dən SƏRT CAVAB- İstifadə olunmamalıdır!
XİN rəsmi məlumat yaydı
XİN üçtərəfli görüşlə bağlı məlumat yaydı
XİN yük maşınları ilə bağlı BƏYANAT YAYDI
Rəsmi Bakıdan Paşinyana cavab
Azərbaycan XİN Fransaya nota verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 