Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 26 iyul tarixində Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab olaraq 2 avqust tarixində Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib.
Bu barədə XİN-dən bildirilib.
"Qeyd etdiyiniz kimi, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya sığmadığı vurğulanıb.
Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik. Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik", - məlumatda vurğulanıb



Breyk-dans Olimpiya Oyunlarının proqramına daxil edildi
Paris olimpiadasından Azərbaycana qarşı təxribat
Azərbaycan Fransa kanalından şikayət edəcək- SƏBƏB NƏDİR?
Bu idman növü Paris olimpiadasının proqramından çıxarıldı
Olimpiya çempionlarına mənzil hədiyyə olundu
İlham Əliyev sərəncam imzaladı
Bu gün XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Tokio-2020-nin açılış mərasimi başladı
Tokio-2020: Azərbaycanın qadın bayraqdarı bəlli oldu
ABŞ Olimpiya Oyunlarından imtina etdi
İlham Əliyev Tomas Baxa məktub göndərdi
Pekin-2022-də Azərbaycanı Əli Əhmədov təmsil edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 