Rusiya Prezidenti Vladimir Putin bütün suallara nöqtə qoyaraq Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini, Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha təsdiqlədi.
ONN media xəbər verir ki, bunu rusiyalı siyasi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya lideri Vladimir Putinin Şərq İqtisadi Forumundakı çıxışı haqda deyib.
“Putin mahiyyətcə belə dedi: “Ermənistanın siyasi rəhbərliyi və Paşinyanın Moskvaya ünvanladığı bütün ittihamlar sırf Paşinyanın özünə ünvanlanmalıdır.Çünki həqiqətən də rəsmi səviyyədə Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”.
İrəvanın bu gün Rusiyanı uğursuzluqlarında və problemlərində ifrat dərəcədə günahkar göstərməyə çalışdığını nəzərə alan Putin Ermənistan rəhbərliyinə kifayət qədər düzgün, lakin sərt diplomatik formada cavab verdi”, - o bildirib.
Ekspert qeyd edib ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda, suveren Azərbaycan ərazilərində hansısa qondarma “seçki” İrəvanın saman çöpündən yapışmağa cəhdindən başqa bir şey deyil:
“Heç bir ölkə bu “seçkini” qanuni saymayıb. Ona görə də erməni separatçılarının “rəhbərliyində” adların dəyişdirilməsi, ümumiyyətlə, vəziyyəti dəyişmir. İkinci Qarabağ müharibəsinin nəticələri uzunmüddətli Qarabağ münaqişəsinin səhifəsini bağladı. İndi isə praktikada yalnız bir obyektiv sual var: Qarabağ ermənilərinin Azərbaycanın hüquqi məkanına inteqrasiyasının tempi və vaxtı”.



Gündəmi zəbt edən foto- NƏYƏ İŞARƏDİR?
Putin Paşinyanın xahişini RƏDD ETDİ
"Meşələrdə gizlənən ermənilərə terrorçular kimi baxılmalıdır"
Putin Paşinyanın zənglərinə cavab vermir
Putin Paşinyana şans verdi- 5 gün sonra nələr olacaq?
Putin Paşinyanla Qarabağı müzakirə edib
Putin: "Bütün məsələlər hələ həllini tapmayıb"
Putin Ermənistana gedəcək
15 il öncə Qarabağı Azərbaycan ərazisi kimi tanımışıq- PAŞİNYAN
Peskov AÇIQLADI: “Putin Azərbaycan və Ermənistan liderləri ilə...”
Putin Paşinyanı Rusiyaya çağırdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 