Azərbaycan Ermənistana qarşı arbitraj prosesinə başlayıb.
ONN media xəbər verir ki, bunu 14-16 sentyabr tarixlərində Qırğız Respublikasının Ali Məhkəməsi və Hakimlər Assosiasiyası tərəfindən “Ekologiya sahəsində ədalət mühakiməsinə çatımlıq” mövzusunda hakimlərin beynəlxalq konfransında Azərbaycan Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov deyib.
Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən konfransda Azərbaycanı təmsil ediən Ç.Əsgərov çıxışında Azərbaycanda ətraf mühitin müdafiəsi sahəsində görülən işlər və ölkəmizdə bu istiqamətdə məhkəmə təcrübəsi barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpasında “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası tətbiq edilir ki, bu da ekoloji baxımdan böyük əhəmiyyətə malikdir.
Ali Məhkəmənin sədr müavini Ermənistanın 30 illik işğalı nəticəsində Azərbaycan təbiətinə vurulmuş ekoloji ziyanın araşdırılması prosesinin davam etdiyini və Bern Konvensiyasının qaydalarına uyğun olaraq ətraf mühitin geniş miqyasda məhv edilməsinə görə Azərbaycan tərəfindən Ermənistana qarşı arbitraj prosesinə başlandığını diqqətə çatdırıb.
Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “yaşıl enerji” siyasətinə uyğun atılan addımlar və bu təşəbbüsün dünya birliyi üçün önəminə də toxunulub.



Avropa Məhkəməsindən Ermənistana "şillə kimi" cavab
Haaqa Məhkəməsi Ermənistanla bağlı QƏRAR VERƏCƏK - BU TARİXDƏ
Xaçaturyanla bağlı müraciət rədd edildi
Ermənistanın Azərbaycana qarşı vəsatəti rədd edilib
BMT-də Azərbaycanın məruzəsi müzakirə olundu
Cəbrayılda “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi” salınır
Leyla Əliyevanın təşəbbüsü ilə Ermənistanın ekoloji terroru barədə dəyirmi masa keçirilib
Azərbaycan nümayəndələri Ərdoğanın qəbulunda olub
Zəngilanda "Ağıllı kənd"in inşası başa çatdı
XİN rəsmi məlumat yaydı
Prezidentlər Zəngilanda “Ağıllı kənd”lə tanış oldular (YENİLƏNDİ)
DİQQƏT- Bu məhkəmələrin adı dəyişdirilir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 