Azərbaycanda mövcud olan 7 inzibati-iqtisadi məhkəmənin hamısı inzibati məhkəmə adlandırılacaq.
ONN media xəbər verir ki, xəbər verir ki, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik edilir.
Bunlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsidir.
Dəyişiklik kommersiya məhkəmələrinin yaradılması ilə əlaqədardır.
Qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən "İqtisadi” sözü çıxarılıb.
Qanunun 43, 44, 45 və 45-1-ci maddələrində də müvafiq dəyişiklik edilib.
Xatırladaq ki, yaradılması nəzərdə tutulan kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxacaq.
Kommersiya məhkəməsi məhkəmə statistikasını təhlil edəcək, məhkəmə fəaliyyətinin təşkili vəziyyətini, məhkəmə təcrübəsini öyrənəcək və ümumiləşdirəcək, Azərbaycan qanunları ilə ona aid edilən digər səlahiyyətləri həyata keçirəcək.
Sədr məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edəcək, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edəcək, məhkəmə iclaslarına sədrlik edəcək, işlərin kargüzarlıq qaydalarına uyğun bölüşdürülməsinə nəzarət edəcək. Həmçinin məhkəmə aparatı işçilərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edəcək.
Kommersiya məhkəməsinin sədri Ali Məhkəmənin Plenumunda və müvafiq apelyasiya instansiyası məhkəməsinin Rəyasət heyətində Kommersiya məhkəməsində ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumat verəcək.



İnzibati məhkəmələrə hakimlər təyin edildi
Bu məhkəmələrə hakimlər təyin edildi
Bu məhkəmələrə hakimlər təyin edildi - Sərəncam
Prezidentdən YENİ TƏYİNATLAR
Milli Məclisin bugünkü iclasının gündəliyi açıqlandı
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Ali Məhkəmənin bu qərarı LƏĞV EDİLDİ
Avtomobillərin idarə olunması üçün etibarnamə ləğv olunur?
Bu şəxslərin maaşı artırıldı
Parlamentin növbəti plenar iclasının gündəliyi
Bu şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilməz - YENİ QƏRAR
Azərbaycanda bu qəsəbə şəhər oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 