Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) oktyabrın 1-dən Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib.
ONN media xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, “Qida Təhlükəsizliyi haqqında” Qanunun 20.3, 24.5 və 24.8-ci maddələrinin tələblərinə əsasən risk dərəcəsi nəzərə alınmaqla ölkəmizə qida və yem məhsullarının idxalı zamanı həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri təsdiq edilməlidir.
Bildirilib ki, bununla əlaqədar Argentinanın səlahiyyətli dövlət qurumu olan Milli Qida Təhlükəsizliyi və Keyfiyyəti Xidmətinə həmin ölkədə fəaliyyət göstərən qida obyektləri AQTA tərəfindən təsdiq edilmədiyi halda 2023-cü il oktyabrın 1-dən heyvan mənşəli məhsulların istehsalı ilə məşğul olan, təsdiq edilməyən qida müəssisələrinin məhsullarının idxalına məhdudiyyətin tətbiq olunacağı barədə rəsmi məktub ünvanlanıb.
Agentlik bir daha ölkəmizə qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edərək bildirir ki, müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq üçün müraciət etməyən şirkətlərin xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid qida məhsullarını idxal etməsi mümkün olmayacaq.



Bu mallar artıq idxal olunmayacaq
AQTA-dan qida zəhərlənmələri ilə bağlı ÇAĞIRIŞ
AQTA sahibkarları cərimələməyə başlayıb
Daha 40 sahibkarlıq subyekti qeydiyyata alındı
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
AQTA qənnadı müəssisəsinin fəaliyyətini dayandırdı
Əli Əsədov qərar imzaladı
Dövlət qurumu uşaq bağçalarında yoxlamalara başladı
Azərbaycana qanunsuz gətirilən bu dərmanla bağlı XƏBƏRDARLIQ
İçməli su ilə bağlı vətəndaşlara müraciət
Bu ölkədən heyvan idxalına QADAĞA
Ölkəyə gətirilən bu məhsullar geri qaytarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 