Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə istehsal olunan və ölkəyə idxal olunan sularla bağlı vətəndaşlara müraciət edib.
Agentlikdən ONN media-ya bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir.
Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları, eləcə də istehlak üçün qablaşdırılmış sular, qazlı-şəkərli içkilər, meyvə şirələri və s. üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Sınaq nəticələri normalara uyğun olduğu təqdirdə məhsul partiyaları qida təhlükəsizliyi sertifikatı ilə təmin edilir. Sınaq nəticələri normalara uyğun olmayan məhsulların geri qaytarılması, təyinatının dəyişdirilməsi və ya məhv edilməsi barədə qərar qəbul edilir.
Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Agentlik tərəfindən keçirilən yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə qanuna müvafiq tədbirlər görülür.
Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə “1003 − Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.



PİS XƏBƏR- Bu çörəklərdə maya göbələyi tapıldı
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
Azərbaycanda yeni institut yaradılacaq
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
İrandan gətirilən 64 ton kartof geri qaytarıldı
İrandan gətirilən bu məhsul yararsız çıxdı
Dondurma alarkən bunlara diqqət edin
Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
Kinder yumurtadan virus tapılıb? - RƏSMİ
Saxta kərə yağı istehsal edən şirkət aşkarlandı
“Bazarstore”nin idxal etdiyi bibərlərdə virus aşkarlandı
Bu ölkədən Azərbaycana gətirilən 90 tona yaxın kartof yararsız çıxdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 