Ukrayna prezidentinə demək istəyirəm ki, bir daha polyakları təhqir etməsin.
ONN media xəbər verir ki, bu sözləri Polşa Baş naziri Mateuş Moravetski Ukrayna lideri Vladimir Zelenskinin BMT Baş Assambleyasındakı Polşaya qarşı tənqidi çıxışına reaksiya verərkən deyib.
Moravetskinin sözlərinə görə, Ukraynada Avropanın təhlükəsizliyi üçün müharibə gedir və buna görə də Polşa silah təchizatında kömək edir:
“Prezident Zelenskiyə demək istəyirəm ki, bu yaxınlarda BMT-də etdiyi kimi, bir daha polyakları təhqir etməsin, polyaklar buna imkan verməyəcəklər. Polşanın yaxşı adını qorumaq təkcə mənim borcum və şərəf deyil, həm də ən vacib vəzifədir. Biz hazırkı geosiyasi kontekstdə bütün arqumentlərimizi müdafiə edəcəyik və bu arqumentlərin necə əsaslandırılmasını lazım olduğunu bilirik”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, sentyabrın 15-də Polşa birtərəfli qaydada Ukraynanın kənd təsərrüfatı məhsullarına embarqo qoyub. BMT Baş Assambleyasında çıxış edən Prezident Vladimir Zelenski Polşanın bu addımını şərh edərək, “Avropadakı bəzi dostlarımız siyasi teatrda həmrəylik nümayiş etdirirlər və taxıl üzərində triller yaradaraq Moskva aktyorlarına səhnə üçün yardım edirlər” - deyib.



Polşa və Ukrayna arasında 8 memorandum imzalandı
Polşa Kiyevin ümidlərini belə qırdı
Polşa Ukraynanı yeni məhdudiyyətlərlə hədələdi
Duta Putini bununla hədələdi
Ukrayna bu ölkədən silah alacaq
Qərb yeni Ukrayna savaşına hazır olmalıdır - Polşa
Ukrayna ilə Polşa arasında niyə gərginlik artır?
Avropada 3 ölkə yeni alyans YARATDI
SON DƏQİQƏ: Rusiya Polşa ərazisini vurdu- ÖLƏNLƏR VAR
Bayden Duda ilə Ukraynadakı vəziyyəti müzakirə etdi
Zelenskidən Polşaya TƏKLİF: Birgə müqavimət...
Zelenski Putinə müraciət etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 