2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə keçirilmiş görüşdə müzakirə edilən məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.
Azərbaycan Prezidentinin Administrasiyasından bildirilib ki, növbəti addım olaraq, Xankəndi şəhərinin Ermənistanın enerji sistemindən ayrılaraq Azərbaycan enerji sisteminə qoşulması təmin edilib.
Qeyd edək ki, hələ 2021-ci ildə "Azərenerji" tərəfindən tikilən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilən "Şuşa" yarımstansiyasında Xankəndi üçün ehtiyat yuvalar quraşdırılmışdı. 2023-cü il sentyabrın 19-dan etibarən "Azərenerji" tərəfindən "Şuşa" yarımstansiyası yaxınlığında əlavə 110 kV-luq yüksək gərginlikli dayaqların quraşdırılmasına və Xankəndi xətti ilə əlaqələndirilməsi işinə başlanılıb. Aparılan işlər nəticəsində artıq proses yekunlaşıb. Paralel olaraq "Azərenerji" və "Azərişıq" əməkdaşları ötürücü və paylayıcı şəbəkəni, mühafizə sistemlərini təftiş etdikdən sonra xəttə gərginlik verilib.
Artıq Xankəndidə Azərbaycan işığı yanır.



Bakıdan Xankəndiyə növbəti yardım yola salındı
İlham Əliyev "Cəbrayıl" yarımstansiyasının açılışını edib
Xankəndidə radio-televiziya yayımı təmin olunur
Prezident tapşırıq verdi
FHN Xankəndidə fəaliyyətə başladı
FHN 11 yanğınsöndürmə maşını Xankəndiyə göndərildi
Şuşa istiqamətində erməni təxribatının qarşısı alındı
Arutyunyandan Şuşa ETİRAFI
Şuşaya yüksək gərginlikli xətt çəkilir - VİDEO
Sabah Xankəndidə Zəfər paradı keçiriləcək
Rusiyanın yardım maşını Ağdama qayıtdı
Azərbaycan rəsmiləri Xocalıda ermənilərlə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 