Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) yük maşını Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıb.
ONN media Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməniəsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsulları Xankəndidə müvafiq anbara boşaldılıb:
“Artıq onlar Ağdam-Xankəndi yolu ilə Ağdama qayıdıblar. Rusiya Qızıl Xaç Cəmiyyətinin əməkdaşları bu gün ölkələrinə yola düşəcəklər”.Bununla da Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrilib.
Qeyd edək ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədi ilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu 1 yük avtomobilinin Ağdam-Əsgəran yolu vasitəsi ilə Xankəndi şəhərinə çatdırılması üçün sentyabrın 9-da Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib.



Rusiyanın yardım maşını Xankəndiyə yola düşdü
Yardım maşınımız 21 gündür yolda gözləyir
BQXK maşınları yükü boşaldıb Ağdama qayıtdı
Qarabağdakı ermənilərə baş çəkildi
Qarabağda AzQAC-ın ofisləri açılacaq
Türkiyənin Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda Ramazan yardımı paylayır
Separatçılar Ağdam- Xankəndi yolu üzərində yükü qəbul edəcəklər
Separatçılar Ağdam yolunu yenə bağladı
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölən könüllüsünün kimliyi məlum oldu
Göndərilən yardımlar ermənilərə nə vaxt çatacaq?
Ermənilər ərzaq yardımını qəbul etməkdən yayınır
Makron İlham Əliyevə zəng edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 