Akademik Ziya Bünyadovun 100 illik yubileyi qeyd ediləcək.
ONN media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
2023-cü ilin dekabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, tanınmış ictimai xadim, tarix elmləri doktoru, professor, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadovun anadan olmasının 100 ili tamam olur.
Akademik Ziya Bünyadov zəngin elmi yaradıcılıq yolu keçmiş, respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkili işinə böyük əmək sərf etmişdir. Geniş erudisiyalı alim mənbəşünaslıq və orta əsrlər dövrü üzrə professional hazırlığa malik mütəxəssislərdən ibarət elmi məktəb formalaşdırmışdır.
Ziya Bünyadovun fundamental araşdırmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı dərin təhlillər əsasında dolğun əksini tapmışdır.
İlk dəfə onun elmi ictimaiyyətə çatdırdığı və dilimizə mükəmməl surətdə çevirərək əhatəli müqəddimə və şərhlərlə nəşr etdirdiyi bir çox nadir mənbələr bu gün də davamlı istinad olunan ən mötəbər qaynaqlar sırasındadır. Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparmış, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə tarix elminin inkişafına dəyərli töhfələr vermiş akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



Ziya Bünyadov
Bu gün Ziya Bünyadovun doğum günüdür
Bu gün Ziya Bünyadovun doğum günüdür
Bu gün Ziya Bünyadovun vəfat etdiyi gündür
21 fevral Ziya Bünyadovun vəfat etdiyi gündür
İlham Əliyev sərəncam imzaladı
Prezident İlham Əliyev sərəncam imzalayıb
Prezident akademik Valeri Ulyanişşevinlə bağlı sərəncam imzaladı
Akademik Musa Əliyevin 110 illiyi qeyd ediləcək
Aydın Abiyev vəfat etdi
İlham Əliyev sərəncam İMZALADI
Bu gün Cəlal Əliyevin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 