Prezident İlham Əliyev fevralın 21-də "Akademik Musa Əliyevin 110 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.
ONN media-nın məlumatına görə, sərəncamda bildirilir ki, 2018-ci ilin aprel ayında görkəmli Azərbaycan alimi və tanınmış ictimai xadim, akademik Musa Mirzə oğlu Əliyevin anadan olmasının 110 illiyi tamam olur.
Azərbaycanda geologiya elminin inkişafına öz fundamental tədqiqatları ilə layiqli töhfələr vermiş Musa Əliyev, eyni zamanda, böyük elm təşkilatçısı olaraq təqdirəlayiq fəaliyyət göstərmiş, Elmlər Akademiyasının prezidenti kimi respublikada intellektual potensialın formalaşdırılması və elmin ən perspektivli sahələrinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin elmi potensialının artırılması və milli sərvətə çevrilməsində, eləcə də yüksəkixtisaslı kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş akademik Musa Əliyevin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası akademik Musa Əliyevin 110 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



Akademik Əhəd Yaqubovun 110 illiyi qeyd olunacaq
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
Prezident akademik Valeri Ulyanişşevinlə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev sərəncam imzalayıb
Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd ediləcək
Prezidentdən deputatla bağlı sərəncam
İlham Əliyev sərəncam imzaladı
Aşıq Şəmşirin 125 illiyi qeyd olunacaq
Bu alimlər mükafatlandırıldı - Siyahı
İlham Əliyev nekroloq imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 