“Ürəyimizin sağlam olmasını istəyiriksə üç vacib qaydanı hər gün üçün vərdişə çevirməliyik”.
ONN media saglamolun.az-a istinadən xəbər verir ki, bunu rusiyalı tanınmış həkim Aleksandr Myasnikov ürək problemlərindən danışarkən bildirib.
O, bu vərdişlərdən birincisi kimi həmişə eyni vaxtda yatıb-durmağı göstərib.
“Dəqiq yuxu cədvəlinin olmaması sağlamlığa mənfi təsir göstərir. Həmçinin gecə növbəsində işləməkdən çəkinmək lazımdır. Çünki bu melatonin səviyyəsinin azalmasına gətirib çıxarır ki, nəticədə şiş və ürək xəstəlikləri riski yaranır”, - deyə həkim izah edib.
Mütəxəssisin sözlərinə görə, yatmazdan əvvəl qadcetlərdən istifadə də melatonin hormonunun istehsalına mənfi təsir göstərir:
“Bədəndəki hər şey bir-birinə bağlıdır, buna görə də ürək sağlamlığı üçün yatmazdan ən azı dörd saat əvvəl smartfondan uzaqlaşmaq yaxşıdır”.
Myasnikov pəhrizin vacibliyini də xatırladıb.
“Sürətli karbohidratları və heyvan mənşəli yağları məhdudlaşdırmaq, həmçinin gündəlik kalori qəbuluna riayət etmək yaxşıdır. Əks halda, piylənmə inkişaf edə bilər, bu isə ürək-damar sisteminin işinə mənfi təsir göstərir”, - deyə o, sözlərini yekunlaşdırıb.



Yatmazdan əvvəl bunları etməyin - DİQQƏT!
Qarın piylərini necə əritmək olar?
Gündə neçə saat yuxu vacibdir? – Tanınmış həkimin tövsiyələri
Yatmazdan əvvəl bunu qətiyyən ETMƏYİN
Yatmazdan öncə telefonu buna görə söndürmək lazımdır
Ağ ciyərinizin sağlamlığı ilə bağlı mühüm qayda
Nə üçün yatmazdan əvvəl mütləq su içmək lazımdır?
Yatmazdan öncə diş fırçalamağın inanılmaz faydası
Yeməkləri bu şəkildə yemək ürəyə ziyandır
“Meymun çiçəyi” belə yayılır
Meymun çiçəyi ən çox bu şəxslərə yoluxur
İdeal yuxu müddəti nə qədər olmalıdır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 