Ordubad rayonunda İaşə obyektinin tikintisi zamanı fəhlə ölüb, faktla bağlı cinayət işi başlanıb.
ONN media xəbər verir ki,Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib ki, Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının İlham Hüseynova dəyməsi və sonuncunun aldığı xəsarətlərdən ölməsi ilə bağlı araşdırma aparılıb.
Araşdırma zamanı tikinti işlərinin aparılmasına səlahiyyət verən sənəd olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işlərinin aparıldığı, həmin tikintidə işləyən işçilərin fərdi texniki mühafizə vasitələri ilə təmin edilmədiyi, habelə tikinti işlərinin aparılmasının təhlükəsizliyi qaydalarının pozulmasının qarşısının alınması üçün heç bir tədbir görülmədiyi müəyyən edilib.
Fakta görə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Cinayət Məcəlləsinin 188.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla tikinti işləri aparma), 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 314.2-ci (səhlənkarlıq) maddələr ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.



Naxçıvanda fəhlə faciəvi şəkildə öldü
Bakıda fəhlə faciəvi şəkildə öldü
Qubada xeyir-şər evində faciə - ÖLƏN VAR
Azərbaycanda vəzifəli şəxsə CİNAYƏT İŞİ AÇILDI
Ağsuda tikintidə FACİƏ: fəhlə öldü
Dövlət Xidməti torpaq almaq istəyənlərə XƏBƏRDARLIQ edib
Bakıda DƏHŞƏT- Betonqarışdıran maşın xəndəyə düşdü və...
Prokurorluq Nərimanovdakı hadisə ilə bağlı MƏLUMAT YAYDI
Bu rayonun baş memarına CİNAYƏT İŞİ AÇILDI
Xaçmazda tikintidə bədbəxt hadisə - ÖLƏN VAR
Göyçayda torpaq uçqunu: fəhlə öldü
Baş Prokurorluq: Qanunsuz tikililərlə bağlı tədbirlər həyata keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 